Onlayn ictimai-siyasi qəzet
909 nəfər həlak olmuş Ukrayna hərbçisinin cəsədi ölkəyə qaytarılıb.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
Qərargahın rəsmi "Telegram" kanalında verilən məlumata görə, ölkənin hüquq-mühafizə orqanlarının istintaqçıları və Daxili İşlər Nazirliyinin ekspert qurumları yaxın günlərdə cəsədlərin şəxsiyyətini müəyyənləşdirmək üçün müvafiq araşdırmalara başlayacaq.
Qeyd olunur ki, həlak olmuş hərbçilər Kuraxovo, Pokrovski, Baxmut, Uqledar, Luqansk, Zaporojye, Sumı və Xarkov istiqamətlərində aparılan döyüşlərdə həyatını itirib. Bundan əlavə, Rusiya ərazisindəki morqlardan da bəzi cəsədlər geri qaytarılıb.
Xatırladaq ki, bu il 14 fevral tarixində Koordinasiya Qərargahı daha əvvəl Kuraxovo, Pokrovski, Baxmut, Uqledar, Luqansk və Zaporojye istiqamətlərində döyüşlərdə həlak olmuş 757 hərbçinin cəsədinin də ölkəyə qaytarıldığını açıqlayıb.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ