Onlayn ictimai-siyasi qəzet
Rusiya 2024-cü il ərzində Ukraynanın 4 168 kv.km ərazisini işğal etsə də, bunun üçün ağır itkilər verib – təxminən 420 min hərbçi.
Musavat.com xəbər verir ki, bu barədə ISW məlumat yayıb.
Hesabatda qeyd edilir ki, sentyabrdan noyabr ayına qədər Rusiya ordusu şəxsi heyətdə rekord itkilər yaşayıb. Bu, daha çox ərazi ələ keçirmək üçün aparılan intensiv hücumlarla bağlı olub.
"Rusiya hərbi komandanlığı, ehtimal ki, bu miqyasda itkiləri qəbul etməkdə davam edə bilməz, xüsusilə də rus qoşunlarının irəliləyiş tempi azaldıqca. Hazırda onlar daha yaxşı müdafiə olunan yaşayış məntəqələrinə, məsələn, Pokrovska hücum etməyə davam edirlər," – deyə ISW hesabatında vurğulanır.
Amerikalı analitiklərin məlumatına əsasən, 2024-cü il ərzində Rusiya ordusu dörd əsas yaşayış məntəqəsini – Avdeyevka, Selidovo, Uqledar və Kuraхovonu işğal edib. Bu məntəqələrdən ən böyüyü müharibədən əvvəl təxminən 31 min nəfər əhaliyə malik olub. Digər işğal olunmuş ərazilər isə əsasən sahələr və kiçik kəndlərdən ibarətdir.
Mütəxəssislər qeyd edirlər ki, bu cür nisbət – böyük itkilər müqabilində əhəmiyyətli olmayan ərazi qazancları – Rusiya hərbi strategiyasının effektivliyinə dair ciddi suallar doğurur.
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ