İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus generaldan TƏCİLİ Qarabağ, Əliyevdən Xankəndi açıqlaması - Prezidentliyə namizədlə CANLI

Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması istiqamətində işləri davam etdirir.

Musavat.com xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ölkənin Müdafiə Nazirliyinin cari ildəki fəaliyyətinin yekunlarına dair xarici hərbi attaşelər üçün təşkil olunan brifinqdə deyib. “Rusiya məqsədyönlü şəkildə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına, iki ölkə arasında ən kəskin ziddiyyətlərin aradan qaldırılmasına çalışır və onların siyasi yolla həlli istiqamətində məqsədyönlü iş aparır”, - Gerasimov bildirib.

“Dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır”. Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını Prezidentliyə namizədliyi irəli sürülən deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevdir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR