Onlayn ictimai-siyasi qəzet
Latviyanın mədəniyyət naziri Aqnese Logina tutduğu vəzifəni tərk etmək qərarına gəlib.
Musavat.com xəbər verir ki, bu barədə iyunun 17-də LSM.lv portalı məlumat yayıb.
“Latviyaya və onun xalqına xidmət etmək mənim üçün böyük şərəf və məsuliyyət idi. Şəxsi səbəblərdən mədəniyyət naziri vəzifəsindən getməyə qərar verdim. Həmkarlarıma yorulmaz işlərinə və dəstəyə görə, eləcə də birgə işimizə inanan hər kəsə təşəkkür etmək istəyirəm. Mən daha yaxşı, daha birləşmiş, daha təhlükəsiz cəmiyyətin inkişafına xidmət etməyə davam edəcəyəm”, - nəşr keçmiş mədəniyyət nazirinin sözlərindən sitat gətirir.
Latviyanın baş naziri Evika Silina X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb ki, o, mədəniyyət nazirinin istefasını qəbul edib və bu vəzifəyə yeni namizəd gözləyir. Portalın məlumatına görə, Latviya Mədəniyyət Nazirliyinin parlament katibi Aqnes Leys bu vəzifəni tutmaq təklifi alıb.
Logina 2023-cü il sentyabrın 15-dən mədəniyyət naziri təyin edilmişdi.
Bundan əvvəl, aprelin 17-də “Latviya Milli Birliyi” partiyası respublikada rusdilli KİV-lərin qorunub saxlanmasını dəstəkləyən Loqinanın istefasını tələb edib. Sonra Logina belə bir mövqe tutub ki, rus dilində Latviyada yaşayan milli azlıqlar danışır, ona görə də ölkə hakimiyyəti orada da yayımı təmin etməlidir.
Bundan əvvəl, 2023-cü il sentyabrın 28-də Latviya parlamenti 2026-cı il yanvarın 1-dən rus dilində ictimai medianın yayımının qadağan edilməsini nəzərdə tutan yeni milli təhlükəsizlik konsepsiyasını təsdiq edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bu qərarı kobud diskriminasiya addımı və millətçiliyin təzahürü adlandırıb. O deyib ki, rus dili Latviya əhalisinin 40%-i üçün əsas ünsiyyət vasitəsidir.
Ötən ilin aprelində Dövlət Duması Latviya, Litva və Estoniya hakimiyyətinin rusdilli vətəndaşlara qarşı repressiv siyasətini pisləyən sənəd qəbul edib.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ