İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus aşpaz Parisdə həbs edildi - SƏBƏB

Parisdə Olimpiya Oyunları zamanı mümkün təxribatda şübhəli bilinən rus aşpaz həbs edilib. 

Musavat.com xəbər verir ki, saxlanılan 40 yaşlı Rusiya vətəndaşı Fransada “genişmiqyaslı sabitliyi pozan aksiyalar” hazırlamaqda şübhəli bilinir.

Le Monde-un məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin Federal Təhlükəsizlik Xidməti xüsusi təyinatlılarının vəsiqəsini tapıblar.

Mediada saxlanılan şəxsin 2010-cu ildən Fransada yaşadığı, Rusiya kulinariya və realiti-şoularında iştirak etdiyi, aşpaz işlədiyi və kulinariya bloqu işlətdiyi bildirilir. İndi onu düşmənçiliyi qızışdırmaq üçün xarici kəşfiyyatla əməkdaşlıq etdiyinə görə 30 ilə qədər həbs cəzası gözləyir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR