İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniyada prezidentliyə namizəd: “Ukrayna taxılının ixracını dayandıracağam”

Rumıniyada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən sabiq baş nazir Viktor Ponta bildirib ki, seçiləcəyi təqdirdə Ukrayna taxılının ölkənin Qara dəniz limanları vasitəsilə ixracını dayandıracaq.

Musavat.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Ponta bu qərarı ilə yerli fermerləri qorumağı hədəflədiyini deyib: “Son illər ərzində liman infrastrukturlarına giriş baxımından Ukrayna taxılına üstünlük verilib, bu da rumın taxılına zərbə vurub və fermerlər ciddi zərər görüblər”.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin başladığı 2022-ci ildən bəri Rumıniya Ukraynanın əsas alternativ ixrac marşrutuna çevrilib və bu müddətdə Konstansa limanı vasitəsilə 29 milyon ton Ukrayna taxılı ixrac olunub.

52 yaşlı Viktor Ponta əvvəllər sol yönümlü siyasətçi kimi tanınsa da, son illərdə onun mövqeyi getdikcə daha çox ultramillətçi tonlar alıb. Sorğulara əsasən, o, seçkilərin ikinci turuna çıxmaq şansına malikdir və burada onun əsas rəqibi ifrat sağçı müxalifət lideri Corce Simion ola bilər.

Ponta, Ukraynaya dəstəyin tamamilə dayandırılmayacağını da vurğulayıb. O, silah tranziti, ukraynalı pilotların təlimi kimi mövcud dəstək mexanizmlərinin davam etdirilməsini dəstəkləyəcəyini bildirib.

Həmçinin, Ponta 2026-cı ildən Rumıniya müdafiə xərclərinin ÜDM-in 3%-dən çox olmasını istəyir və ölkədə ABŞ qüvvələrinin yerləşdiyi Mihaıl Kogelnicanu hərbi aviabazasının inkişafına önəm verəcəyini deyib.

Namizəd, seçiləcəyi təqdirdə Rumıniyanın Moldova qarşı mümkün Rusiya təhdidlərinə qarşı çıxacağını da qeyd edib: “Rumıniya Ukraynaya və ya başqa bir ölkəyə hərbi dəstək verə bilməz. Amma Moldova üçün bu mümkündür və mən bunun arxasında duracağam”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR