İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniya kəşfiyyat orqanları “Qazprom”un casusluq işi üzrə tərəfdaşının ofislərində axtarış aparıb

Rumıniyada “Qazprom”un nəzarətində olan “NIS Petrol” şirkətinin binalarında silsilə axtarışlar aparılıb.

APA “Agerpress”ə istinadən xəbər verir ki, Rumıniya Mütəşəkkil Cinayətkarlığın Araşdırılması İdarəsinin (DIICOT) əməkdaşları təşkilatın menecerlərinin ofislərində və evlərində axtarış aparıblar. Axtarışlar şirkətin Timişoaradakı baş ofisində, eləcə də Buxarestdə aparılıb.

Tədbirlər məxfi məlumatların yayılması faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı çərçivəsində həyata keçirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR