İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruhi Əliyeva: "Hələ də fiziki və mənəvi zorakılığa məruz qalan qadınlarımız var" - FOTOLAR

Dekabrın 2-də "Liatris Holding" MMC-nin ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində həyata keçirdiyi "Qadına şiddətə son" layihəsi çərçivəsində "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı tədbir keçirilir.

Musavat.com bildirir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ombusdman aparatının təşkilatçılığı ilə keçirilən tədbirdə "Litaris Holding" MMC-nin rəhbəri Ruhi Əliyeva, Ombusdman Səbinə Əliyeva, millət vəkilləri, rəsmi qurumların nümayəndələri, media rəhbərləri və digərləri iştirak edir.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlil sükutla yad edilib, Azədbaycan Dövlət Himni səsləndirilib.

Daha sonra "Liatris Holding" MMC-nin rəhbəri Ruhi Əliyeva çıxış edib. O, təəssüflə Azərbaycanda hələ də fiziki və mənəvi zorakılığa məruz qalan qadınların olduğunu deyib:

"Bu gün Azərbaycanda öz ayaqları üzərində duran güclü qadınlar var. Ancaq təəssüflər olsun ki, hələ də fiziki və mənəvi zorakılığa məruz qalan qadınlarımız da az deyil. Hamınız bilirsiniz ki, hər il Azərbaycanda neçə-neçə qadın müxtəlif formalarda şiddətə məruz qalırlar. Zərif cinsin çox sayda nümayəndəsi təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı-seçkiliklə üzləşirlər”. 

Ruhi Əliyeva qeyd edib ki, bu gün keçirilən tədbirin Heydər Əliyevin 100 illiyinə təsadüf etməsi sevindirici haldır:

“Qadına ən böyük dəyəri Ümumilli liderimiz verib. Heydər Əliyev deyirdi ki, qadının vəzifəsi və məsuliyyəti ağırdır. Ancaq Azərbaycan qadını bu vəzifəni, öhdəsinə düşən məsuliyyəti layiqincə yerinə yetirir. Təəssüflər olsun ki, hələ də qadınlarımız fiziki və mənəvi şiddətə məruz qalır. Tədbirimizin də əsas məqsədi cəmiyyətə bu barədə maarifləndirici mesajlar ötürməkdir. Nə edək ki, qadın zorakılığa məruz qalmasın? Öncəliklə qadınlarımızın təhsili olmalıdır, öz hüquqlarını müdafiə etməyi bacarmalıdır”. 

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR