Onlayn ictimai-siyasi qəzet
Səbail rayon Məhkəməsində qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçiliəməsi barədə xəbər vermişdik.
Musavat.com-un Medianews.az-a istinadən xəbərinə görə, Ruben Vardanyanın yeni vəkili Afət Qazıyeva Səbail Məhkəməsinin həbs qərarından apellyasiya şikayəti verib.
Xatırladaq ki, bundan öncə Ruben Vardanyanın hüquqlarını vəkil Faiq Hüseynovun qoruyacağı bildirilmişdi. Apellyasiya şikayətinə 9 oktyabr tarixində baxılacağı gözlənilir.
Qeyd edək ki, Ruben Vardanyan “Laçın” postunda saxlanılıb.
Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ