Onlayn ictimai-siyasi qəzet
Ermənistanda Milli Assambleyanın keçmiş deputatı Ruben Akopyan saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
O, hökumətin devrilməsinə açıq çağırışlarda ittiham olunur.
İstintaq iddia edir ki, sabiq deputatın saxlanılmasına səbəb iyulun 1-də dərc olunan müsahibə olub. Akopyanın həbs-qətimkan tədbirinə baxılması üçün məhkəməyə aparılacağı gözlənilir.
Qeyd olunub ki, “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan və arxiyepiskop Mikael Ajapaxyan da oxşar ittihamlarla həbs olunublar.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ