Onlayn ictimai-siyasi qəzet
Son illərdə bütün dünyada populyarlaşan “bubble tea” içkisinin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə həkimlər xəbərdarlıq ediblər.
Musavat.com xəbər verir ki, aparılan araşdırmalar içkinin bəzi nümunələrində qurğuşunun normadan artıq miqdarda olduğunu göstərib.
Mütəxəssislərin fikrincə, çirklənmənin əsas mənbəyi içkidəki tapioka toplarıdır. Kassava köklərindən əldə olunan bu nişasta torpaqdan ağır metalları asanlıqla hopdurur, nəticədə içkinin tərkibində zərərli elementlərin səviyyəsi artır.
Həkimlər xəbərdarlıq edirlər ki, “bubble tea” mütəmadi içildikdə mədə fəaliyyətini ləngidə, ürəkbulanma, ağrı və qəbizlik yarada bilər. Eyni zamanda, tərkibindəki oksalat və fosfat maddələri böyrəklərdə daş əmələ gəlməsinə səbəb ola bilər.
Uşaqlar üçün isə təhlükə təkcə şəkərdən deyil, boğulma riski yaradan tapioka toplarından da qaynaqlanır.
Musavat.com
24 Oktyabr 2025
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ