İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldu başdaşında bu sözlərin yazılmasını istəyib

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu vəsiyyətini açıqlayıb.

"Report"un "The Sun" nəşrinə istinadən məlumatına görə, portuqaliyalı hücumçu başdaşında "Nömrə 1. Nömrə 7 deyil, məhz nömrə 1" sözlərinin yazılmasını istəyib.

Bundan başqa, jurnalist 37 yaşlı forvarddan niyə tarixin ən yaxşı futbolçusu olduğunu bir sözlə əsaslandırmasını xahiş edib. Ronaldu isə cavabında belə deyib: "Mənə 3 söz lazımdır. Xüsusidən daha çox. Yeganə"!

Qeyd edək ki, Kriştianu Ronaldu "Tottenhem"ə qalib gəldikləri İngiltərə Premyer Liqasının XXIX tur matçında het-trik etməklə karyerasında vurduğu qolların sayını 807-yə çatdırıb və bu göstəricidə dünya rekordunu yeniləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR