İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma Papasından maraqlı addım

Bu gün Ukraynaya səfər edən kardinal Matteo Zuppi Vatikana qayıtdıqdan sonra Rusiyaya səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Ümumdünya Möminlər Birliyinin (AKC) sədri Leonid Sevastyanov məlumat yayıb.

Qeyd edək ki, Sevastyanov Roma Papası Fransisklə əlaqə saxlaya bilən tək-tük rusiyalıdan biri sayılır.

“Kardinal Zuppi də Rusiyaya səfər edəcək. O, məsləhətləşmələr üçün Vatikana qayıdır. Bundan sonra Rusiya tərəfi üçün mövqe və təklifləri təhlil edib formalaşdıraraq Moskvaya gedəcək”, - deyə Sevastyanov bildirib.

Onun sözlərinə görə, Zuppinin görüşəcəyi Rusiya rəsmiləri arasında xarici işlər naziri Sergey Lavrov olacaq. Matteo Zuppinin Rusiya prezidenti Vladimir Putinlə görüşü də istisna edilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR