İnsanlara hürriyət, millətlərə istiqlal!

Rişi Sunak Müdafiə Nazirliyinə əlavə 5 milyard funt sterlinq ayıracaq

Britaniyanın Baş naziri Rişi Sunak müdafiə sahəsinə investisiyaları artıracağını açıqlayıb.

APA-nın Britaniya bürosunun, baş nazirliyin ofisinə istinadən xəbərinə görə, növbəti iki il ərzində Müdafiə Nazirliyinə sursat ehtiyatlarının artırılmasına və gücləndirilməsinə, nüvə müəssisəsini modernləşdirmək və AUKUS sualtı proqramının növbəti mərhələsini maliyyələşdirməyə kömək etmək üçün əlavə 5 milyard funt sterlinq ayırılacaq.

Qeyd olunub ki, bu Birləşmiş Krallığın getdikcə dəyişkən və mürəkkəb dünyanın çağırışlarına cavab vermək üçün atılmış bir addımdır.

Ayrılan büdcənin 1,9 milyard funt-sterlinqi Ukraynaya göndərilən silahların əvəz olunmasına və Böyük Britaniyanın sursat infrastrukturunun yaxşılaşdırılmasına sərf olunacaq.


Aytən Abbaslı

APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR