İnsanlara hürriyət, millətlərə istiqlal!

Reper Diddi insan alveri və zorakılıq ittihamı ilə həbs edilib

Reper Diddi insan alveri və zorakılıq ittihamı ilə həbs edilibAmerikalı reper P.Diddi (əsl adı Şon Kombs) Nyu-York məhkəməsi tərəfindən zorakılıq və insan alveri ittihamı ilə həbs edilib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

"Cinsi qısnama iddiaları və federal araşdırma ilə karyerası pozulmuş musiqi maqnatı Şon Kombs bazar ertəsi gecə Manhettendə həbs edilib", - mənbələr deyir.

Onların sözlərinə görə, o, şantaj, zorakılıq və insan alverində ittiham olunub. Hələlik rəsmi açıqlama verilməyib.

Materiallarda göstərilir ki, Kombs əvvəllər bir neçə dəfə zorakılıq və şantaj ittihamları alıb. Keçmiş sevgilisi Kasandra Ventura keçən ilin noyabrında onu uzunmüddətli cinsi və fiziki zorakılıqda ittiham edərək məhkəməyə müraciət etdikdən sonra o, ictimai nəzarətin artmasına səbəb olub.

P. Diddi kimi də tanınan Paff Deddi, hip-hop dünyasının görkəmli siması, Cennifer Lopes, Beyons, Castin Timberleyk və Snup Doq kimi ulduzlar üçün hitlər bəstələyən sənətçi və prodüserdir. Bununla belə, musiqi sənayesinə verdiyi mühüm töhfələrə baxmayaraq, sənətçinin adı tez-tez qalmaqallarda hallanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR