İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəisidən Qarabağ açıqlaması: “İran buna qarşıdır”

İran regionda (Cənubi Qafqazda) geosiyasi vəziyyətin zərrə qədər dəyişməsinə qarşıdır.

Bunu İran prezidenti İbrahim Rəisi BMT Baş Assambleyası çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycan ordusunun son antiterror tədbirlərini şərh edərkən deyib.

“İslam Respublikası dəfələrlə bəyan edib ki, gərginlik və münaqişə regionun problemlərinin həlli yolu deyil. Bu məsələləri region ölkələri, o cümlədən İran həll edə bilər”, - İran başçısı bildirib.

Onun sözlərinə görə, İran Ermənistan və Azərbaycana açıq şəkildə bildirib ki, regionda geosiyasi vəziyyətin zərrə qədər dəyişməsinə qarşıdır:

“İki ölkə İranın mövqeyinə zidd ola biləcək heç bir addım atmayacaqlarına dair zəmanət verib”./Teleqraf.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR