İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəhman Rəhmanov ƏMƏLİYYAT OLUNDU

Tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub.

Musavat.com xəbər verir ki, bu barədə aktyor yenicag.az-a açıqlamasında özü məlumat verib.

"Çox ağır göz əməliyyatı keçirdim. Demək olar ki, gözlərim görmürdü, kor olmuşdum. Bir çox həkimlərin yanına getdim, amma alınmırdı. Heç kim boynuna çəkmirdi. Yəqin, gözümün görməyinə ümidləri yox idi. "Dünyagöz" xəstəxanasından oftalmoloq-cərrah Fərəh xanım mənə çox böyük kömək etdi. İnsan gözsüz bir heçdir. Artıq gözlərim açılıb, indi cavan oğlan kimi görürəm. Gözümün nuru özümə qayıtdı".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR