İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: “Reallığı görsünlər və hərəkətlərinə görə Azərbaycan xalqından üzr istəsinlər”

“Hər gün həssas qrupların nümayəndələri ilə görüşürəm. Demək olar ki, əksər insanlar Heydər Əliyev Fonduna müraciət etmək istəyir, hörmətli Mehriban xanım Əliyevaya ümidini bağlayır. Səbəb budur ki, insanlar müraciət edir, cavab alır və demək olar ki, əksər hallarda köməklik edilir. Edilən müraciətlər də ölkədə müalicəsi mümkün olmayan xəstəliklərlə və sosial məsələlərlə bağlıdır. Müraciət edənlər də konkret ünvan söyləyir ki, tanıdıqları şəxslər içərisində Heydər Əliyev Fondunun həyata qaytardığı, kömək etdiyi insanlar var. Bu o deməkdir ki, Fond Azərbaycanın bütün yerlərində səmərəli fəaliyyət göstərir və insanlarımız üçün əlçatandır. Məhz Heydər Əliyev Fondu on minlərlə insana ikinci həyat bəxş edib, minlərlə insanı başının üstündə damla təmin edib, xarici ölkələrdə göstərdiyi xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycana minlərlə dost qazandırıb və məhz onlar bu gün bizim ehtiyacımız olduğu zamanda ölkəmizi müdafiə edirlər”.

Deputat Razi Nurullayev bu fikirləri Milli Məclisdəki müzakirələrdə söylədi. Onun sözlərinə görə, bu məsələləri ona görə vurğulayır ki, belə çıxmasın ki, Heydər Əliyevin Fondunun, birinci Vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü gözəl işləri müxalifət görmür və təqdir etmir: “Hörmətli Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edir, gözəlliklər və bütün işlərində nailiyyətlər arzulayıram”.

R.Nurullayev ardınca bildirdi ki, Zəngilan hava limanının açılması tariximizin ən zəngin səhifəsidir: “Cənab İlham Əliyevin və cənab Ərdoğanın təyyarəsinin ikinci dəfə Qarabağa eniş etməsi, bizim sərhədlərimizdə Arazdan tank keçirən, bizə barmaq silkələyən ölkələrə cavabdır. Məhz, Zəngilan havalimanı Zəngəzur dəhlizinin açılmasının ilkin mərhələsidir. Bu havalimanı koridora qarşı müqavimət göstərən ölkələri çıxılmaz vəziyyətdə qoyur. Artıq ortada reallıq var. Başqa koridorlara ehtiyac yoxdur. Zəngəzur hər kəsin maraqlarına cavab verir. Yadımdadır ki, daxildə radikal qüvvələr, xaricdə isə xainlər Qarabağda hava limanlarının tikintisinə maneçilik törətmək istəyirdi. Qoy indi reallığı görsünlər və hərəkətlərinə görə Azərbaycan xalqından üzr istəsinlər”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR