Onlayn ictimai-siyasi qəzet
2017-ci ildə Azərbaycan gözəli seçilən, tanınmış model Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynzadənin növbəti məhkəmə prosesi baş tutub. Məhkəmədə işində son şahidlər dindirilib: heç biri Razinin ittihamlarını təsdiq etməyib. Raziyyat Əliyeva işində son şahidlər dindirilib və heç birii Razinin ittihamlarını təsdiq etməyib.
Musavat.com bu barədə bakufakt-a istinadən xəbər verir.
Qaradağ polis əməkdaşı Mehnur Mirzəyev ifadəsində bildirib ki, Razinin 2023-cü il də May ayında heç bir xəsarəti olmayıb və Raziyyat nə döyüldüyündən, nə işgəncələrdən, nə də hədə-qorxulardan şikayət etməyib. Daha sonra Razinin qonşusu Sevinc Məmmədli dindirilib. Ziyanin vəkili Fəxri Haciyevin Sevinc Məmmədlinin 3 dəfə ziddiyyətli ifadə verməsini qeyd edəndə, Sevinc Məmmədli ilkin olaraq Razinin sözündən Ziyaya qarşı izahat yazdığını bildirib, daha sonra isə bəyan edib ki əslinə gəldikdə Ziyanın nə hədə-qorxu etdiyini, nə qapı döydüyünü, nə də təhqir etdiyini görməyib və eşitməyib, ümumiyyətlə, yaddaşında problemlər olduğunu bildirib. Raziyyat Əliyeva və Gülnar İsayeva öz təkidli xahişləri ilə qapalı iclasda dindirilib. Növbati iclaslarda Ziyanın vəkillərinin Əliyeva Raziyyat və İsayeva Gülnara suallar verməsi və Ziyanın ifadə verməsi nəzərdə tutulub. Ziyanın vəkilləri onun ifadə verməsini acıq məhkəmə iclasda tələb edəcəklərini bildirib.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ