İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğludan Vasif Talıbov barədə SENSASİON iddialar - VİDEO

TV Müsavatın canlı efirində aparıcı Emil Salamoğlunun qonağı "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu olub. 

Musavat.com xəbər verir ki, Rauf Arifoğlu son günlərdə Naxçıvanda baş verən hadisələrə toxunub. 

"Vasif Talıbov iranlı generallarla şərikdir. Sırf SEPAH-ın başında duran adamla şərik olduğunu deyə bilmərəm, amma V.Talıbovun əsas vurulma səbəblərindən biri kimi İran göstərilir. İndi o SEBAH komandanı Naxçıvanda nə gəzirmiş? Vasif Talıbovla nəyi danışıb? İndiki gərgin situasiyada Naxçivana niyə gedib-qayıdıb? Dünyanın terror qrupu kimi tanınan hərbləşmiş dəstəsinin rəhbərinin Naxçıvanda nə işi var?" - Rauf Arifoğlu deyib. 

Rauf Arifoğlu qeyd edib ki, V.Talıbov Bakıya dəvət olunur, lakin gəlmir: "V.Talıbov Bakıya dəvət olunur, bunu tamaşaçılar da bilməlidir, lakin gəlmir".

Ətraflı videoda:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR