İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramzan Kadırov Brejnevin yolu ilə gedir: özünü medalla təltif etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı adını alıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, medalı respublika parlamentinin sədri Maqomed Daudov təqdim edib. Onun sözlərinə görə, Kadırov regionda bu adı alan ilk şəxs olub və onun Çeçenistan Respublikası və Rusiya Federasiyası qarşısında xidmətləri “xüsusi araşdırmaya layiqdir”.

Çeçenistan Respublikası Qəhrəmanı medalı 2022-ci ilin oktyabrında Kadırovun özünün adından təsis edilib. Medal 750 əyarlı qızılın 70 qramından hazırlanmış səkkizguşəli ulduzdur.

“Sota” portalının xəbərinə görə, Çeçenistanda titullarla bağlı qanuna əsasən, mükafatla bağlı qərarı Çeçenistan rəhbəri verir. Beləliklə, Kadırov öz-özünü təltif etmiş olub.

Xatırladaq ki, bu ilin fevral ayının ortalarında Çeçenistan rəhbəri respublikanın konstitusiyasına müvafiq dəyişikliklər etməklə “xalqın atası” titulunu alıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR