İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Rzayevdən İDDİALARA CAVAB: "O qanunun mənə aidiyyəti yoxdur"

Bir neçə gün öncə Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddətinin başa çatdığını iddia edilmişdi.

Musavat.com xəbər verir ki, Manset.az sözügedən məsələni dəqiqləşdirmək üçün Ramiz Rzayevdən müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

- Ramiz müəllim, sizin vəzifənizlə vidalaşacağınız iddia olunur. Bu barədə nə deyə bilərsiniz?

- Yox ay qardaş. Elə bir şey olsa rəsmi məlumat olardı. Həyatdır səbrli olaq, baxaq görək necə olur.

- Qanuna görə Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68-dir. Sizin yaşınız 68-dən çox olduğu üçün vəzifədən gedəcəyiniz istisna edilmir. Bu məsələyə münasibətiniz necədir?

- Bilirsiniz necədir? Biz qanunda dəyişiklik elədik. Qanunla yaş 65 olanda 5 il də uzadılırdı. Kim bu qanunun dövründə təyin olunubsa, onlara şamil olunur. O qanun qəbul olunandan sonra yaş həddi 68 oldu. Yəni iki fərq var. Biri var qanun qəbul olana kimi hakim qəbul olunanlar, biri də var yeni qəbul olunandan sonra təyin olunanlar. Yeni qəbul olunanlara birinci instansiya məhkəməsində son yaş həddi 66 yaş, Ali məhkəmədə isə 68 yaşdır. Bilirsiniz mən 2005-ci ildən bu vəzifədə çalışıram. Həmin qanun 2015-ci ildə qəbul olunub. Bəzi adamlar qanunu bilmir, eşitdiyini danışır. Mətni açıb oxusalar düzgün şərhini verə bilərlər.

- Sizin yaşınız 68-i keçibsə, bu sizə şamil edilmir?

- O qanun mənim təyinatımdan sonra olduğu üçün mənə aidiyyəti yoxdur. Mən köhnə qanunun vaxtından bu vəzifədəyəm.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR