İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyev prezident olmaq istəyib - “XƏYANƏT KOMANDA”sında KİMLƏR VAR?

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti akademik Ramiz Mehdiyev barədə Səbail Rayon Məhkəməsi tərəfindən 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Modern.az xəbər verir ki, bir neçə gün əvvəl Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı MediaTürk TV-nin efirində qonaq olarkən Ramiz Mehdiyev barədə danışıb.

O qeyd edib ki, Ramiz Mehdiyev çox böyük səlahiyyət sahibi idi, çoxları onu görəndə əllərini cibindən çıxarıb küncdə dayanırdı, yaxud onun tapşırıqlarını gözləyirdi.

"Ramiz Mehdiyev demişdi ki, gəlib prezident olmaq istəyirəm. Moskva onu prezident eləmək istəyirdi. Prezidenti isə xalq seçməlidir. Xalqın etimadı da Heydər Əliyevə idi. Heydər Əliyevin siyasi kursunu davam etdirən hakimiyyətə gəlməliydi. Digərlərinin əksinə olaraq mən Ramiz Mehdiyevin üzərinə getdim. Qəzetlərin birində onu açıq şəkildə xəyanətkar adlandırdım. Biz 20 Yanvarda o qədər şəhid verdik ki, yenidən Kremlin boyundurağı altına girək?"

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.20-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR