Onlayn ictimai-siyasi qəzet
Rusiyanın ixrac göstəricilərində ciddi azalma müşahidə olunub. Avqust ayında ölkənin ixrac həcmi 31,5 milyard dollar təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 17,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,9% azalma deməkdir.
Musavat.com xəbər verir ki, idxal da analoji şəkildə azalıb – 4,9% geriləyərək 24 milyard dollara enib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% azalma deməkdir.
İqtisadçılar hesab edirlər ki, ixrac və idxaldakı bu enişin əsas səbəbləri qlobal enerji qiymətlərinin aşağı düşməsi və Qərbin tətbiq etdiyi sanksiyaların təsiridir. Analitiklərin fikrincə, bu tendensiya davam edərsə, ilin sonuna qədər Rusiyanın ticarət balansında daha ciddi mənfi göstəricilər qeydə alına bilər.
Musavat.com
16 Oktyabr 2025
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ