İnsanlara hürriyət, millətlərə istiqlal!

Volodin onları “kif” adlandırdı

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu gün keçirilən plenar iclasda Fransa prezidenti Emmanuel Makronu, Almaniya kansleri Olaf Şoltzu və ABŞ-ın sabiq prezidenti Co Baydeni “kif” (çürüntü) adlandırıb.

Musavat.com xəbər verir ki, o, bu ifadəni Dumanın iclasında səsləndirib.

“Bayden özünü məhv etdi. Onun Rusiya iqtisadiyyatını parçalamaq ümidi ilə atdığı bütün bumeranqlar indi alnına dəyib. Rusiya iqtisadiyyatı dağılmadı, əksinə, dağılan Baydenin özü oldu. İndi Makron - Baydenin şagirdi bu sürüşkən yola qədəm qoyub. ABŞ-ın sabiq prezidentinin aqibətindən heç bir nəticə çıxarmayıb - seçki yarışından qaçan o adamdan”, - deyə Volodin bildirib.

Vyaçeslav Volodin çıxışını belə yekunlaşdırıb:

“Dünyada Bayden, Makron, Şoltz kimi adamlar daha az olacaq, çünki onlar kif kimidirlər. Bizim ölkəmizin işıq şüaları onlara çatdıqca, bu kif məhv olacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR