İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan iqtisadiyyatına rekord həcmdə investisiya qoyulacaq

2026-2029-cu illərdə Azərbaycan iqtisadiyyatına 107,2 milyard manat investisiya qoyulacağı gözlənilir.

Musavat.com xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində öz əksini tapıb.

Sənədə əsasən, ölkədə əsas kapitala investisiya qoyuluşu 2026-cı ildə 24,6 milyard manat, 2027-ci ildə 26,5 milyard manat, 2028-ci ildə 27,7 milyard manat, 2029-cu ildə isə 28,4 milyard manat təşkil edəcək.

4 illik investisiya qoyuluşunun 82,2 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşməlidir. O cümlədən, sektora 2026-ci ildə 17 milyard manat, 2027-ci ildə 17,7 milyard manat, 2028-ci ildə 19,1 milyard manat, 2029-cu ildə isə 20,7 milyard manat investisiya qoyulması proqnozlaşdırılır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR