Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Departamenti Həmas-ın davranışlarını kəskin şəkildə tənqid edib və təşkilatı prezident Donald Trampın təklif etdiyi sülh anlaşmasına riayət etməyə çağırıb.
Musavat.com xəbər verir ki, qurumun açıqlamasında Həmas-ın hələ də silahlarını təhvil verməkdən imtina etdiyi, nəzarət etdiyi ərazilərdə mülki şəxslərdən girov kimi istifadə etdiyi və ölən israillilərin nəşlərinin qaytarılmasını bilərəkdən ləngitdiyi qeyd olunur.
“Həmas tarixi şansdan yararlanmalı və prezident Trampın təklif etdiyi sülh anlaşmasına riayət etməlidir. Əks halda Həmas sadəcə məhv ediləcək,” – ABŞ Dövlət Departamentinin bəyanatında vurğulanıb.
Vaşinqton hesab edir ki, sülh prosesinin uğurla irəliləməsi üçün Həmas-ın silahlı müqavimətdən imtina etməsi və humanitar öhdəliklərini yerinə yetirməsi vacibdir. ABŞ tərəfi həmçinin Qəzzada sabitliyin bərpası üçün bütün tərəfləri danışıqlarda konstruktiv mövqe tutmağa çağırıb.
Musavat.com
16 Oktyabr 2025
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ