Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan və Rusiya sərhəd-keçid məntəqələrində uzun tıxaclar yaranıb.
Musavat.com xəbər verir ki, hazırda təxminən 2,5 min yük maşını iki ölkənin sərhədində ilişib qalıb. Buna səbəb Rusiyaya qarşı tətbiq edilən sanksiyalara düşən malların gömrükdə daha ciddi şəkildə yoxlanılmasıdır.
Vəziyyəti çətinləşdirən əsas amillərdən biri də Çin bayramları ilə əlaqədar Qazaxıstan–Çin sərhəd məntəqələrinin bağlanması olub. Nəticədə Çinlə sərhəddə də 10 minə yaxın yük maşını yığılıb və logistik proseslərdə böyük ləngimələr yaranıb.
Məlumata görə, problemlər hələ sentyabrın əvvəlindən başlayıb. O vaxtdan etibarən Qazaxıstan gömrük orqanları elektronika, pilotsuz uçuş aparatları (PUA) və Qərb brendlərinə məxsus məhsulların yoxlanışını daha da sərtləşdirib.
Daşımaların gecikməsi hazırda 3–5 günə qədər uzanır. Nəqliyyat şirkətləri isə yaranmış vəziyyətə görə tarifləri artırmaq və alternativ marşrutlar axtarmaq məcburiyyətində qalıblar.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ