Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Böyük Britaniyanın 1992-ci ildən qüvvədə olan ATƏT silah embarqosunu ləğv etməsi Rusiyada qıcıq doğurub.
Kremlə yaxın “Aziatski Ekspress” kanalı bu qərarı “Londonun Cənubi Qafqaza qayıdışı” kimi təqdim edərək panika və narahatlıq dolu təhlil yayıb.
Britaniya embarqonu “sülh və sabitlik” bəhanəsi ilə deyil, Azərbaycanla Ermənistan arasında sülh prosesində real irəliləyiş əldə olunduğuna görə ləğv edib. Bu addım həm Bakının, həm də İrəvanın beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiyasını gücləndirir.
Azərbaycan prizmasından baxdıqda isə məsələ tam aydındır: London, Brüssel və Vaşinqton artıq Cənubi Qafqazda Moskvanın inhisarını qəbul etmir. Böyük Britaniya açıq şəkildə bildirir ki, hər iki ölkənin müdafiə qabiliyyətinin artması regionun sabitliyinə xidmət edir — bu, Azərbaycanın illərdir irəli sürdüyü mövqedir.
Kreml Azərbaycanla Qərb dövlətləri – xüsusilə ABŞ, Britaniya və Ukrayna – arasında artmaqda olan strateji əlaqələrdən narahatdır. Moskva üçün Bakı artıq sadəcə qonşu deyil, Qərblə Avrasiya arasında körpü rolunu oynayan müstəqil geosiyasi mərkəzdir.
Kremlçi media orqanlarının bu cür isterik reaksiyaları da göstərir ki, Rusiya bölgədə təsir imkanlarını itirdikcə, Qafqazda yeni nizamın yaranmasından əsəbləşir və qorxur.
Musavat.com
16 Oktyabr 2025
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ