Onlayn ictimai-siyasi qəzet
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirəcək.
Bu barədə “bolugundem.com” saytı məlumat yayıb.
Bildirilib ki, Tailandın “Buriram Yunayted” klubunun hücumçusu “Kocaelispor”la anlaşıb. 27 yaşlı hücumçunun TFF I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə bağladığı vurğulanıb. “Kocaelispor” I Liqada 17 turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Ramil Şeydayev 2016-2018-ci illərdə Türkiyədə “Trabzonspor”un formasını geyinib. (Report)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ