Onlayn ictimai-siyasi qəzet
Rusiyada hələ də fəaliyyətini davam etdirən ən böyük Qərb bankı olan Raiffeisen Bank, bu ölkədəki filialını satmaq planlarından imtina edib.
Musavat.com “Qordon media”ya istinadən xəbər verir ki, bu barədə "The Financial Times" məlumat yayıb.
Qərarın əsas səbəbi kimi isə Vaşinqton və Moskva arasında son dövrlərdə yaranan siyasi yaxınlaşma göstərilir.
Ukraynaya qarşı tammiqyaslı işğaldan sonra Avropa İttifaqı və ABŞ-ın tənzimləyici orqanları Raiffeisen Bank International (RBI) qarşısında Rusiyadakı biznesini satmaq tələbi qoymuşdu. Lakin bu satış prosesi əvvəldən çətinliklərlə müşayiət olunurdu.
Xüsusilə, 2023-cü ilin sentyabrında Rusiya məhkəməsi Raiffeisen Bank-ın Rusiya bölməsinin səhmlərini dondurdu. Daha sonra, 2024-cü ilin yanvarında bankın €2 milyard məbləğində kompensasiya ödəməsinə dair qərar verildi.
Bütün bu mürəkkəb vəziyyətə baxmayaraq, bank 2024-cü ilin fevralında satış prosesini tamamilə dayandırmağa qərar verib. Qərarın əsas səbəbi kimi "qlobal qeyri-müəyyənlik" və ABŞ-Rusiya münasibətlərində dəyişən dinamika göstərilir.
Mənbənin qeyd etdiyinə görə, mövcud vəziyyət sabit deyil və gələcəkdə də dəyişə bilər. Bu isə o deməkdir ki, Raiffeisen Bank hələ də Rusiyadakı gələcək strategiyasını tam qətiyyətlə müəyyən etməyib.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ