“Sənətindən asılı olmayaraq bir insan üçün “tam xoşbəxtlik” anlayışı yoxdur. Sənət adamların həyatı çətin olur. Onların uşaqlığı olmur. Onlar uşaqlığını bir çoxları kimi yaşamırlar. Onlar bu dünyanın adamı olmurlar və dünyada baş verənlərdən biraz geridə qalırlar. Buna görə də onlar çox zaman yanlış seçimlər edirlər. Onlar çox həssas olurlar. Misal üçün bir sözə aldanıb həyatlarını alt-üst, məhv edə bilərlər. Onlar uşaq kimi olduqları üçün hamıya və hər şeyə inanırlar”.
Bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu “Həmin Zaur” verilişində deyib.
Lalə bildirib ki, çox zaman incəsənətlə məşğul olan insanlar həyatda çətinliklərlə üzləşirlər:
“Bu sənətdə olan kişilərində öz çətinlikləri var. Xanımlar bu sənətdə olan kişilərini onların qız pərəstişkarlarına qısqanmamalıdırlar. Xanım sənətçilərin həyatında daha çox qadağalar olur. Onlar çox qısqanılır. Anlamalıdırlar ki, o xanım səhnədə bir obrazdadır. Misal üçün mən bu obrazda uşaqlarımın içində oturmayacağam ki… Evə girən ki, oluram ev xanımı. Bu bəlkə də insanları çaşdırır”.
Məmmədova deyib ki, həmkarlarından fərqli olaraq bu sənət üçün heç nəyini qurban verməyib:
“Mən bu sənət uğrunda heç nəyimi qurban verməmişəm. Mən çox rahat şəkildə marketə gedib, alış-veriş edə bilirəm. Ulduzluq yalnız səhnədə olur. Sonuncu dəfə marketə 10 gün əvvəl getmişəm. Evə bazarlığı köməkçim edir. Amma özümə nəsə almaq istəyəndə özüm gedib rahat şəkildə alıram”. (Olay)
ŞƏRHLƏRŞƏRH YAZ