İnsanlara hürriyət, millətlərə istiqlal!

Raffi Ovannisyan: "Birtərəfli güzəştlər Ermənistanın məhvinə gətirib çıxaracaq"

"Millət, təsəvvür etmək nə qədər çətin olsa da, yeni müharibə labüdlüyü ilə üzləşməlidir".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “İrs” partiyasının təsisçisi Raffi Hovhannisyan jurnalistlərlə söhbətində belə deyib.

“Hamımız dərk etməliyik ki, hakimiyyətin Konstitusiyadan, öz andından və qanundan uzaq olduğunu dərk etməliyik. Paşinyan qonşuları nə deyirsə onu həyata keçirir. “Vətəndaşlarımıza müharibə təhlükəsindən bəhs etmək o deməkdir ki, o, birbaşa attaşedir, düşmən dövlətin siyasətinin icraçısıdır”, - deyə Ovannisyan qeyd edib.

Nikol Paşinyan qalsa, Ermənistanın əlində sadəcə İrəvan qalacaq. Bu 5-6 il ərzində Ermənistan Azərbaycandan hansısa ərazi alıbmı? Birtərəfli güzəştlər, şübhəsiz ki, dövlətimizin alçaldılmasına, məhv edilməsinə, Ermənistanın əhəmiyyətli bir hissəsinin itirilməsinə və müharibəyə gətirib çıxaracaq”, - deyə “İrs” partiyasının rəhbəri yekunlaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR