Onlayn ictimai-siyasi qəzet
Ağdam Musiqi Kollecinin külli miqdarda rüşvətə görə şərti məhkum edilmiş sabiq direktoru Rafail Musayevin işi apellyasiya instansiyası mərhələsindədir. Müəllimlərdən və tələbələrin yaxınlarından rüşvət alaraq ağır cinayət törədən direktorun azadlıqda qalması prokuroru narazı salıb. Bu səbəbdən ittiham tərəfi hökmdən apellyasiya protesti verib.
Həbsi tələb olunan 70 yaşlı keçmiş direktor məhkəmədən gizlənir. Ahıl müttəhim əvvəlki bir neçə iclasda iştirak etsə də, sonradan məhkəməyə gəlməyib.
Belə olan halda Gəncə Apellyasiya Məhkəməsi istintaqı məcbur dayandırmaq qərarı qəbul edib. R.Musayev axtarışa verilib. Güman edilir ki, eks-direktor prokurorun həbs tələbinə görə məhkəmədən qaçır.
Qeyd edək ki, Rafail Musayev 5 ilə yaxın Ağdam Musiqi Kollecinin direktoru işləyib. O, korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Musayev külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Lakin hakimlər ahıl müttəhimin cəzasınını həbsdə çəkməsinə zərurət görməyiblər. Ona sınaq müddəti təyin edilməklə şərti cəza verilib.//Qafqazinfo
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ