Onlayn ictimai-siyasi qəzet
"Qlobal nüvə məsələsi vacib mövzudur. Bu mövzunu Tehranda müzakirə edəcəyik. Tehranda prezident, xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşəcəyəm".
Bunu COP29-un ikinci günü jurnalistlərə açıqlamasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi deyib. R.Qrossi qeyd edib ki, geosiyasət və iqlim dəyişikliyi bir-biri ilə sıx bağlıdır. "Təhlükəsizlik və enerji məsələsi əhəmiyyətli amilə çevrilib.
Bu məsələni ikinci plana ata bilmərik", - deyə Qrossi bildirib.
Nigar HƏSƏNLİ,
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ