Onlayn ictimai-siyasi qəzet
Qurgen Nersisyan - bu adı yəqin ki, xatırlayanlar var. Separatçı rejimdə bir vaxtlar “dövlət naziri” postunu tuturdu.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Qurgen Nersisyan Ermənistanda vəkillik fəaliyyəti ilə məşğul olacaq.
Qeyd edək ki, Qurgen Nersisyan “dövlət naziri” təyin olunana qədər separatçı rejimdə “baş prokuror” olub. Onun bu “səlahiyyətlərinə” fevralın 24-də erkən xitam verilib, ondan bir gün əvvəl isə Ruben Vardanyan “dövlət naziri” vəzifəsindən azad edilib, bir neçə gün sonra bu vəzifəyə Qurgen Nersisyan “təyin olunub”. Bu il avqustun 31-də Qurgen Nersisyan tutduğu “vəzifədən” “azad edilib”.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ