İnsanlara hürriyət, millətlərə istiqlal!

Quranı yandıran siyasətçidən daha bir QALMAQAL - Bu dəfə Ərdoğanı HƏDƏF ALDI

Bu günlərdə dünyanın gözü Türkiyədə baş vermiş və 10 şəhəri əhatə edən zəlzələ ilə bağlı xəbərlərdədir.

Musavat.com xəbər verir ki, 21 Yanvar tarixində Türkiyənin Stokholm səfirliyi qarşısında və Danimarkanın paytaxtı Kopenhagendə Quranı yandıran danimarkalı ekstremist siyasətçi Rasmus Paludan bu dəfə Ərdoğanı hədəf alan sözlərlə gündəmə gəlib.

Paludan sosial media hesabından etdiyi çıxışda zəlzələlər zamanı həyatını itirənlər üçün sözdə başsağlığı mesajı versə də, yenə İslam dini haqqında mənfi fikirlər səsləndirməkdə davam edib.

"Çərşənbə günü Türkiyənin Kopenhagendəki səfirliyinə qarşı aksiya keçirəcəyəm. Bu aksiyanın məqsədi Ərdoğanın ölkəmdəki qanunları tənqid etməsini dayandırmaqdır" – deyən danimarkalı siyasətçi yazının davamında prezident Ərdoğanın zəlzələdən zərər çəkənlərə lazımi köməklik göstərmədiyini iddia edib.

Paludan hadisə ilə bağlı bunları deyib: “Ərdoğan zəlzələ qurbanlarına kömək etməkdə maraqlı olmalı və Danimarka ilə İsveç arasındakı işlərə qarışmağı dayandırmalıdır”.

WhatsApp Image 2023-02-07 at 16.20.53.jpeg (161 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR