Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, qumar oynadığı üçün 15 evini itirdiyini və uzun illərdir həm səhhətində, həm də maddi durumunda ciddi çətinliklərlə üzləşdiyini deyən Serdar Ortaçın lüks villasını satışa çıxardığı iddia edilib. Borclarını ödəyə bilməyən müğənninin son evini 10 milyon dollara (340 milyon lirə) satdığı qeyd edilib.
Musavat.com xəbər verir ki, türkiyəli məşhur haqqında yayılan xəbərə münasibət bildirib.
O, Instagram hesabından video paylaşaraq evini satışa çıxardığı barədə xəbəri təkzib edib.
"İndi ayıldım, hər yerdə xəbər var ki, Serdar evini satır. Bu, tamamilə yalandır" - o deyib.
Qeyd edək ki, illər əvvəl qumar oynadığı üçün mülklərinin bir hissəsini itirən və xəstəliyinə görə çətin günlər keçirən Serdar Ortaç həyatı ilə tez-tez gündəmə gəlir. O, sərxoş halda canlı yayımları ilə diqqət çəkir.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ