Onlayn ictimai-siyasi qəzet
Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) adının dəyişməsi ilə bağlı bütün sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib.
Bunu Musavat.com-a Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.
O qeyd edib ki, sənədlər Ədliyyə Nazirliyinin rəsmi qeydiyyat idarəsinə təqdim edilib. “Biz qanunvericiliyə uyğun olaraq bütün proseduru həyata keçirmişik” - deyə N.Orduxanlı qeyd edib.
Qeyd edək ki, BAXCP Qüdrət Həsənquliyevin sədrliyi ilə 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına salınıb.
Nigar HƏSƏNLİ,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ