İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: “Fransa ilə bütün diplomatik əlaqələr kəsilməlidir”

Milli Məclisin növbəti iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Deputat Qüdrət Həsənquliyev mətbuatda ikiüzlü Qərb siyasətçisi Makronun mövqeyindən bəhs etdi.

Q.Həsənquliyev dedi ki, 1 milyon azərbaycanlı 34 ilə yaxındır ağır durumda yaşayır. Ancaq ötən illərdə Fransa bir dəfə Ermənistanın işğalçı siyasətinə etiraz bildirmədi.

Deputat vaxtilə Yeltsin Rusiyasının açıq şəkildə Ermənistanın yanında yer aldığını, Xocalı soyqırımında rus alayının iştirak etdiyini, ancaq Fransadan bir dəfə etiraz gəlmədiyini xatırlatdı: “İndi Putin Rusiyası neytrallığını qismən də olsa, qorumağa çalışır. Amma Rusiya ermənilərin tərəfində vuruşsaydı, Makron ona təşəkkür edərdi”.

Deputat bildirdi ki, həm 44 günlük savaşda, həm də ondan sonrakı dövrdə sərgilədiyi vicdansız münasibətinə görə Fransaya sərt etiraz bilirilməlidir.

Q.Həsənquliyev Fransa parlamentinin 15 oktyabrda anti-Azərbaycan qətnamə qəbul etməyə hazırlaşdığını vurğuladı: “Belə bir qərar qəbul olunsa, Azərbaycan Fransa ilə diplomatik əlaqələrə yenidən baxmalıdır: “Bütün diplomatik əlaqələr kəsilməli, səfir dərhal geri çağırılmalıdır”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR