İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubada polisin adından restoranlara qarşı dələduzluq edilib

Qubada polisin adından restoranlara qarşı dələduzluq edilib.

APA verir ki, Qubada restoranlardan birinə polis əməkdaşının adından yemək sifariş edilib.

Restorana zəng edən şəxs özünü Quba Rayon Polis Şöbəsinin əməkdaşı, “kapitan Rəşad” kimi təqdim edərək bildirib ki, işi olduğu üçün özü gələ bilmir, ona taksi ilə yemək göndərilsin. O, ödənişi taksiyə verəcəyini bildirib. Daha sonra üzərində 200 manatlıq əsginas olduğunu deyərək qalıq pulu da göndərməsini istəyib.

Restoran əməkdaşı sifarişi deyilən ünvana yola salıb. Özünü “kapitan Rəşad” kimi təqdim edən şəxs bir qədər sonra kuryerə zəng edərək yoldan siqaret almağı da sifariş edib, qalan pulu da “M10” kartına vurmasını xahiş edib.

Kuryer onun xahişini yerinə yetirib, polis şöbəsinə çatanda məlum olub ki, orada “kapitan Rəşad” adlı şəxs yoxdur, nömrəsinə isə zəng çatmır.

Bu zaman Polis Şöbəsinə digər bir restoranın kuryeri yemək gətirib və “kapitan Rəşad”ı soruşub. Hər iki şəxsin özünü polis kimi təqdim edən şəxs tərəfindən aldadıldığı məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun rəhbəri Xəyal Talıbov bildirib ki, fakt araşdırılır:

“Bu, Quba rayonunda kibercinayətkarlıq üsulu ilə baş verən ilk hal deyil. İl ərzində Quba rayonunda 27 şəxs kibercinayətkarlıq zəminində dələduzluq şübhəsi ilə saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR