Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyada bir sıra iri xəstəxanalar qrip və digər tənəffüs yolu infeksiyalarının yayılması nəticəsində yaranmış görünməmiş mövsümi xəstə axını ilə əlaqədar ciddi çətinliklərlə üzləşiblər.
Musavat.com-un “Times” qəzetinə istinadən verdiyi məlumata görə, bəzi təcili tibbi yardım şöbələrində gözləmə müddəti 50 saata qədər uzana bilər.
Nəşrdə qeyd olunur ki, səkkiz iri xəstəxana son 24 saat ərzində təcili yardım xidmətlərində mövsümi qrip səbəbindən ciddi yüklənmənin baş verdiyini vurğulayıb. Hətta bəzi hallarda xəstələrin yardım üçün 50 saatadək gözləməli olduğu bildirilib.
Milli Səhiyyə Xidmətinin rəsmiləri qrip infeksiyalarının (gündəlik 5 000-dən çox yeni hal) artması ilə yanaşı, koronavirus və norovirusun aktiv yayılmasının səhiyyə sektoruna böyük təzyiq göstərdiyini təsdiqləyiblər. Əlavə olaraq, Liverpul, Hempşir və Plimut xəstəxanaları artıq kritik yüklənmə ilə əlaqədar fövqəladə vəziyyət elan ediblər.
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ