Onlayn ictimai-siyasi qəzet
Almaniyanın kəşfiyyat xidmətləri ölkədəki futbol üzrə Avropa çempionatı oyunlarını İŞİD terrorçularının Moskvanın Crocus City Hall binasına hücumuna bənzər hücum üçün mümkün hədəf hesab edir.
Musavat.com xəbər verir ki, bu məlumatı Financial Times yayıb.
Almaniya Konstitusiyasının Müdafiəsi üzrə Federal İdarəsinin (BfV) rəhbəri Tomas Haldenvanqın sözlərinə görə, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Almaniyada islamçı terror təhlükəsi daha da artıb: "Mümkün bir ssenari, Moskvadakı son terror hücumları kimi genişmiqyaslı koordinasiyalı terror hücumlarıdır".
Haldenvanq həmçinin bildirib ki, İŞİD-K qruplaşması (Krokusa hücuma görə məsuliyyəti öz üzərinə götürən Vilayət Xorasan birliyi) “Ukraynadan olan qaçqınlar adı altında” öz tərəfdarlarını Qərbi Avropaya daşımağa nail olub. Onun sözlərinə görə, qrup tərəfdarlarını Avropada “yumşaq hədəflərə” hücumlar etməyə çağıran çoxsaylı təbliğat videoları dərc edib.
Financial Times-ın sitat gətirdiyi Almaniyanın daxili işlər naziri Nensi Feserin sözlərinə görə, Avropa və onunla birlikdə Almaniya “cihadçı təşkilatların, xüsusən də İŞİD və İŞİD-K-nın hədəfindədir”.
Feser həmçinin Almaniyada antisemitizm cinayətlərinin kəskin şəkildə artdığını və Maccabi Germany idman klubunun üzvləri kimi yəhudi simvollarını daşıyanların tez-tez təhqir və hücuma məruz qalmadan çölə çıxa bilməyəcəyini iddia edir.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ