İnsanlara hürriyət, millətlərə istiqlal!

QORXUNC AÇIQLAMA: Nüvə təhlükəsizliyinə məsul şəxsin başına nə gəlib?

Ukraynanın "Enerqoatom" dövlət nüvə agentliyinin verdiyi açıqlama qorxu yaradıb.

Musavat.com xəbər verir ki, Rusiyanın Ukraynanın Zaporojye vilayətindəki AES-in baş direktorunu saxladığı açıqlanıb.

"Enerqoatom" şirkətinin rəhbəri Petro Kotin sosial şəbəkədə verdiyi açıqlamada İqor Muraşovun dünən yerli vaxtla saat 16:00 radələrində fabrikdən çıxıb Moskvanın nəzarətindəki Enerqodar şəhərinə gedərkən “Rusiya patrulu” tərəfindən saxlandığını bildirib.

Onun sözlərinə görə, Muraşov şəxsi maşınından düşürülüb və gözü bağlı halda naməlum istiqamətə aparılıb.

Kotin əlavə edib ki, Muraşov Zaporojye zavodunun nüvə və radiasiya təhlükəsizliyinə məsul şəxsdir.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR