İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qolos Armenii” Fransanın müşahidə missiyası haqqında: “Guya nə olacaq ki?”

Ermənistan baş nazirinin xüsusi tapşırıqlar üzrə səfir Nikola Edmon Marukyan dünən “Twitter” Aİ monitorinq missiyasının üzvləri Azərbaycanın Ermənistan ərazisinə bir sıra “hücumlarını” sənədləşdirdiyi barədə hay-küy salıb.

“Missiya Avropa İttifqına və digərlərinə hücumların təxribat nəticəsində olmadığını, Azərbaycanın Ermənistan dövlətçiliyinə qarşı yaxşı planlaşdırılmış təcavüzünü görəcək”,-deyə o, qəti şəkildə bildirib.

Edmon Marukyanın bu canfəşanlığı və Avropa Birliyinin missiyasının fəaliyyəti elə yerli media tərəfindən ələ salınıb.

“Əminliklə demək olar ki, Paşinyanın səfirinin səs yazısı Aİ-nin Ermənistan sərhədində monitorinq missiyasının effektivliyinə dair şübhələri aradan qaldırmaq məqsədi daşıyır. Bununla belə, onun nə dərəcədə uğur qazanması çox mübahisəli sualdır. Çünki Marukyan haqlı olsa da və müşahidəçilər doğrudan da Aİ rəhbərliyinə təxribatçının konkret kim olduğu barədə məlumat versələr belə, bu, əsas sualın aktuallığını azaltmır: Nə olacaq ki?”,-deyə “Qolos Armenii” yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR