Onlayn ictimai-siyasi qəzet
Davos-2024. Qlobal İqtisadi Forumun yeni hesabatı: qlobal seçki marafonuna Süni Intellekt və dezinformasiya ilə müdaxilə təşvişi barədədir
Azərbaycanın da iştirak etdiyi ənənəvi Davos İqtisadi Forumu dünən işinə başladı və yanvarın 19-nadək davam edəcək. “Etibara yenidən qurmaq” (Rebuilding Trust) devizi ilə işinə başlayan nüfuzlu qlobal Forum açılışı ərəfəsində yenicə təqdim etdiyi, ənənəvi olaraq hazırladığı “Qlobal Risklər Hesabatı” ilə başlayıb.
Davos İqtisadi Forumunun “Qlobal Risklər 2024: Dönüş nöqtəsində” adlanan yeni hesabatında qlobal seçki marafonuna Süni Intellekt və dezinformasiya ilə müdaxiləsi ilə bağlı acınacaqlı bir proqnoz açıqlayıb.
Məlumdur ki, DİF-nun risklərlə bağlı hər il Forumda davamlı iştirak edən1400 ekspertin rəyini nəzərə alan illik hesabatlar hazırlayır. Davosda hər il Forumun keçirdiyi sorğuya qatılan həmin ekspertlər, qısamüddətli və uzunmüddətli dövr üçün risklər və təhdidlərin proqnozlarını müəyyən edir.
Yeni təqdim edilən hesabatda dezinformasiya və yanlış, təhrif edilmiş informasiya reytinqdə təhdidlər sırasında lider mövqeyə-ilk 10-luqda 1-ci yerə çıxıb.
Hesabatda qeyd edilir ki, dezinformasiya - təbliğat , qorxu və şübhə yaymaq üçün məqsədyönlü stifadə olunan yalan və ya qeyri-dəqiq xəbər/məlumatdır.
Dünya İqtisadi Forumu 78 ölkə sırasında, ABŞ-ın, Böyük Britaniya, Hindistan, Rusiya və s. daxil olmaqla qlobal ÜDM-in 60%-ni təşkil edən ölkələrdə seçkilər seçkilərə getdiyi cari 2024-cü ildə ildə seçkilərə ən böyük müdaxilə riskini xüsusi vurğulayaraq bəyan edib: "Süni intellektlə yaradılan və idarə edilən dezinformasiya dalğası qısamüddətli dövr üçü həmçinin, qlobal iqtisadiyyata təsir edəcək ən böyük təhlükədir.”
Forum rəsmiləri Süni İntellekt əsaslı saxta məlumatların yayılmasının, potensial olaraq siyasi sistemlərin fəaliyyətinin davamlı nizamına müdaxilələr yarada biləcəyindən narahatlığını bildirib.
Davos Forumunun peşəkar tədqiqat şirkəti ilə birgə hazırladığı hesabatda 3 zaman fazasında: bir, iki illik(qısamüddətli) və 10 illik(orta müddətli) üfüqdə riskləri sıralanıb.
Qısa -2 illik müddətdə ilk beşlikdə ən böyük risk: 1. dezinformasiya(saxta məlumatlar) və yanlış, təhrif edilmiş məlumatlar (misinformation) kimi aşkar edilib.5-likdə sonrakı risklərə: 2.iqlim dəyişikliyi; 3. cəmiyyətləri sosial qütbləşməsi; 4.kibertəhlükəsizlik və 5.dövlətlərarası silahlı münaqişələr -aid edilib.
DİF(WEF) saxta məlumatlarla sosial iğtişaşlar arasında əlaqənin seçki kampaniyaları zamanı əsas rol oynayacağını bildirib.
Maraqlıdır ki, Süni İntellekt tərəfindən yaradılan dezinformasiya və təhrif edilmiş informasiya(misinformation) (53%) uzunmüddətli dövr üçün də 2 və3 -cü yerlərdə, sonra isə sosial və/və ya siyasi qütbləşmə (46%) kimi sıralanıb.
Seçkilərə xarici müdaxilə nədir?
Seçkilərə xarici müdaxilə (foreign electoral interventions, election meddling) – bir ölkənin başqa ölkədəki seçkilərə gizli və ya açıq şəkildə təsir etmək cəhdləri olub, hər bir dövlətin milli və elektoral suverenliyinə zərbə vuran ciddi məsələdir.
Qısa deyilsə, seçkilərlə bağlı təhdidlər ümumi olaraq: daxili və xarici mənbəli təhdidlərə kimi bölünsə də, onlar bir-biri ilə sıx bağlıdır.
Hər iki təhdidlərin hədəfini başlıca olaraq, namizəd/siyasi xadimlər, seçici-insanlar, toplum, kritik informasiya və seçki infrastrukturu təşkil edir. Xarici müdaxilənin bütün istiqamətləri-siyasi, diplomatik, iqtisadi, informasiya, kibernetik və psixoloji,habelə, üsul və vasitələrdən fəal istifadə olunur. Yaxın tarixdə- 2016-cı il ABŞ seçkilərindən başlayaraq, İKT-nin tətbiqi ilə dövlət informasiya ehtiyatlarına, habelə, hədəf siyasi qüvvələrin e-poçt ünvanlarına kiberhücumlar müdaxilə gündəmində davamlı yer tutub. Dünya texnoloji şirkətlərinin, çap və elektron məhsullar bazarının(o cümlədən, ölkəmizdə də ) 85%-dən çoxuna, informasiya resurslarına nəzarət edən Qərbin -başqa ölkələrin daxili işlərinə müdaxilə üçün konseptual, ideoloji,texnoloji və hüquqi (insan haqları ritorikası) baza da yaradan Qərbin bəlli mərkəzləri bu resursları informasiya müharibəsi əməliyyatlarının bir hissəsi kimi tətbiq edir.
Xarici müdaxiəlnin aktorlarına gəldikdə, onlar başqa dövlətlərin ərazisindən,habelə, dövlətin öz ərazisində olan xarici subyektlərdən gələ bilir. Bunlara: təxribat və kəşfiyyat birləşmələri; informasiya müharibəsi resursları, subyektləri, xarici dövlətlərin xüsusi xidmət orqanları; xarici və yerli müşahidə/təftiş qruplarının bəzi üzvləri; beynəlxalq QHT mənsubları; beynəlxalq haker şəbəkələri; aşkar və gizli(açıq və qapalı) sosial şəbəkə qrupları, saytlar və s.aid edilə bilər.
Müdaxilə formalarına gəldikdə, Avropa Birliyinin(AB) “Dezinformasiyaya qarşı Mübarizə İdarəsinin”( EUvsDisinfo) tədqiqatlarına görə, seçkiyə müdaxilə 4 müdaxilə kateqoriyasına daxil olan müxtəlif üsullardan ibarətdir: 1) informasiya manipulyasiyası, 2) kiber cinayətlər, 3) siyasi himayə/təşviq və 4) aşkar/hədsiz müdaxilə.
Noyabr ayında (2023) ABŞ seçkilərə hazırlıq gedişində süni intellektin köklü şəkildə yeni formada tətbiqi baş verdi. ABŞ prezident seçkilərinə qoşulan namizədlərin “klonlandığı” rəqəmsal nüsxələrdən ibarət platforma- Chat2024 layihəsi yaradıldı. Sitat: “Burada hazırkı 17 potensial namizədin bu Aİ əsaslı rəqəmsal avatarları yaradılıb və onların TV-də ilk debatları da təkil edilib!” Bu modellər ChatGPT kimi böyük dil modelləri (LLM) əsasında namizədlərin çıxışlarının videoları, media açıqlqamaları, və s. digər məlumatlar kimi yüzlərlə mənbədən əldə edilmiş böyük həcmli data yaradıb.
Layihənin diqqəti cəlb edən tərəfi AI startapı “Delphi”nin təsisçisi və rəhbəri əsilli Dara Laciverdyan(Ladjevardian) tərəfindən yaradılmasıdır.(iran əsilli olduğu deyilir).“Özünü klonla” (“clone yourself”) adlandırdığı layihəni təkcə siyasətçilər deyil, hər kəsin öz klon/ avatarını yaratmaq üçün nəzərdə tutdiğunu bildirir. Laciverdyan layihəni anası Sima-nın Konqresə seçkilərdə uduzmasından təsirlənərək yaratdığını bildirib. Aİ avatarların təkçə seçki deyil, idarəçilik və ictimai rəyin öyrənilməsində çox lazmlı olacağını, ictimai rəyi daha yaxşı anlamaq üçün seçicilərin chatbotlara göndərdiyi sorğu və cavabları təhlil etməyə imkan verdiyini, bu məqsədlə onu rəy şirkətlərinə satmağı da düşündüyünü bildirib. Sitat: “Çünki insanlar namizədlərlə bağlı ancaq TV fraqmentlərindən tam məlumat ala bilmir. Klonların yaradılması, “prezident botları”-geniş məlumatlılığa təsir edir.Yarandığı cəmi 1 ildə layihəyə 3 milyon ianə daxil olub.”
Müdaxilənin üsullarına dair daha bir tədqiqatda aşağıdakılar qeyd edilir:
Amerikalı tədqiqatçı, Honq Konq Universitetinin professoru Dov Levinin bir neçə il apardığı araşdırmanın nəticələri 2020-ci ildə "Seçki qutusuna müdaxilə: seçki müdaxilələrinin səbəbləri və təsirləri" kitabında nəşr edilib.Kitabda 1946-2000-ci illər arasında böyük dövlətlərin başqa ölkələrdə seçkilərə müdaxilələrinin səbəbləri, təsirləri və nəticələrinə dair statistik məlumatlar əksini tapıb.
Tədqiqat göstərir ki, 1946-2000-ci illər arasında ən çox xarici seçkilərə müdaxilə edən ölkə-ABŞ olub, “bir çox hallarda” qalibin kimliyinə təsir edib.Tədqiqat həmçinin bu cür müdaxilələrə hədəf olan dövlətlərdə demokratiya və sabitliyin dağılması riskini artırdığına dair dəlillər təqdim edib. 50 ildən artıq bir müddətdə ABŞ 81 xarici seçkiyə, Sovet İttifaqı ( Rusiya) isə 36 xarici seçkiyə müdaxilə edib. Beləliklə, ABŞ və Rusiya (SSRİ daxil) bu müddət ərzində keçirilən 938 rəqabətli seçkidən 117-nə (təxminən hər doqquzdan birinə) müdaxilə edib və bu müdaxilələrin əksəriyyəti (təxminən 68%) aşkar yox, gizli olub.
Habelə məlum olur ki, seçki müdaxiləsi "orta hesabla, seçkidə mübarizə aparan tərəflərdən birinin xeyrinə onun səs payını təxminən 3 faiz artırmağa təsir edir ki, bu da 1960-cı ildən sonra baş verən ABŞ-da keçirilən 14 prezident seçkisindən yeddisinin nəticələrini potensial olaraq dəyişdirə biləcək qədər böyük olub.
Həmçinin, 2019-cu ildə digər alim- Lührmann tərəfindən aparılan araşdırma da İsveçdəki Varieties of Democracy İnstitutunda (Lührmann et al. at the Varieties of Democracy Institute in Sweden) müxtəlif ölkələrlə bağlı məlumatları(seçki hesabatları ) təhlil edib. Məlum olub ki, 2018-ci ildə əsas siyasi məsələlərlə bağlı saxta məlumatlar vasitəsilə ən intensiv müdaxilələr Çin tərəfindən Tayvanda, Rusiya isə Latviyada olub; daha sonrakı sırada yüksək müdaxilə halları: Bəhreyn, Qətər və Macarıstanda, nisbətən aşağı səviyyə isə- Trinidad və Tobaqo, İsveçrə və Uruqvayda olub.
Şəkil 1: 2016-2021-ci illər arasında seçkiləri hədəf alan dezinformasiya hallarının qlobal təkamülü 53 ölkədə ən azı 101 milli seçki kampaniyasında baş verib. Yalnız cəmi 4 ölkə tədqiq edilən dövr ərzində seçkiləri hədəf alan dezinformasiya hallarının olmadığını bildirilib. Hədəflərə müdaxilə (targetinq) ən çox parlament seçkilərində, ən az isə referendumlarda baş verir. Prezident seçkilərinə müdaxilə miqyasca 3-cü sırada durur.
Seçkilər gedişində yaradılan bu yeni həlldə- istifadəçilər “namizəd”-rəqəmsal avatarlara suallar verə, onları nəyin narahat etdiyini soruşa bilərlər. Suallar ya ayrı-ayrılıqda, ya da hamısı birlikdə verilə bilər və platformada hətta siyasətçilərin bir neçə rəqəmsal şəkli arasında mini-debatları simulyasiya edilə bilər. Analoji rəqəmsal avatarların real namizədlərlə nə dərəcədə uyğunlaşdığı və çətin situasiyalarda necə çıxış yolu tapacağı bəlli olur.
Eyni zamanda, seçkilərdə potensial namizədlərin rəqəmsal nüsxələrinin yaradılması seçicilər üçün böyük problem yarada bilər. Müqayisə edilsə, bu, “onlayn tanışlıq” kimidir. Real həyatda ilk görüş böyük xəyal qırıqlığına uğratsa da, artıq çox gec olur. Necə deyərlər, “Seçkilər bitmişdir və qalib məlumdur".
Seçkilərin həlledici mərhələsində rəqəmsal müdaxilə xarakterli“ Şayiə bombası” (Rumor Bomb) adlanan hallar baş verir. Bu halların, “səsvermə kabinəsində atışma olub”, “yollar bağlanıb”,növbə, tıxacdır, hələ gəlməyin”, hətta "Demokratlar səsvermədə istifadə edilən bütün qələmləri oğurladılar.."-kimi şayiələrin AI əlavə etməklə anidən- qeyri-məhdud sayda mesajlar yaratmağa imkan verməsi tam olaraq mümkündür. Çaşdırıcı mesajları daha etibarlı etmək üçün robot zənglərə etibarlı siyasətçilərin və ya ictimai xadimlərin saxtalaşdırılmış səsləri də əlavə edə bilər.
Aİ-nin ilk tətbiq təcrübələr, habelə Aİ-nin inkişaf sürəti, tətbiq miqyası, perspektivləri nəzərə alınmaqla onun təhdidlərinə dair səslənən arqumentləri aşağıdakı tezislərlə ümumiləşdirək:
Xarici müdaxiləyə qarşı hansı ölkə nə edir?
Ötən 2023-cü ildə dövlətlər xarici müdaxilələrə qarşı sistemli mübarizə aparacaq ,zərərli xarici təsirlərdən qorunnmağa yönəlik milli qanunvericilik mexanizmlərini hazırlayıb. Müdaxilə əleyhinə Böyük Britaniyanın "Milli Təhlükəsizlik Aktı" və Macarıstanın "Milli Suverenliyin Müdafiəsi Aktı" kimi sənədlər diqqət mərkəzində olub. Rusiyada mövzu yeni Xarici Siyasət Konsepsiyası və Rusiya Federasiyasında bir sır-silsilə qaninverici sənədlər: " Dövlət Mədəniyyət Siyasətinin Əsasları", xarici agentlərə nəzarət sahəsində dəqiqləşdirmələr və yeni təşəbbüsləri əks etdirən hüquqi aktlar işlənib hazırlanıb. ABŞ, Fransa, Kanada, AB səviyyəsində və bir sıra digər ölkələrdə suverenliyin qorunması üçün zəruri tədbirlərin fəal müzakirəsi aparılıb.
Qanunvericilikdə, strateji və konseptual sənədlərdə, təşəbbüslərdə və inzibati qərarlarda qeyd olunan yanaşmalar yeni təqvim tsiklində müdaxilələrə qarşı mübarizə sahəsində gündəliyi müəyyən edəcək gələn ilin beş əsas tendensiyasını müəyyən etməyə imkan verir.
Azərbaycanın Cənubi Qafqazda internetdən istifadəçi sayına görə regional liderdir. Əhalinin 86%-i internet istifadəçisidir. 2023-cü ilin əvvəlində Azərbaycanda 8,93 milyon internet istifadəçisi olub, bu zaman internetin nüfuzu 86,0 faiz təşkil edib.2023-cü ilin yanvarında Azərbaycanda 4,15 milyon sosial media istifadəçisi olub ki, bu da ümumi əhalinin 40,0 faizinə bərabərdir.
2023-cü ilin əvvəlində Azərbaycanda 11,92 milyon mobil rabitə əlaqəsi aktiv olub ki, bu da əhalinin ümumi sayının 114,8 faizinə bərabədir.
İnformasiya məkanında bu əlçatımlıq ölkəmizə düşmən qüvvələr tərəfindən müdaxilələrə texnoloji imkanlar yaratsa da,onların qarşısının qətiyyətrlə alınması yönündə hərtərəfli tədbirlər həyata keçirlir.
ABŞ-da namizədlər tətbiq edilən “Özünü klonla”-layihəsi: bütün 17 namizəd “süni-dir, süni debatlarda”dır. Layihə müəllifi Dara Laciverdyandır
Tahirə Allahyarova,
milli təhlükəsizlik və hərbi-humanitar elmlər üzrə professor
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ