İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyçayda qalmaqallı ailə davası – çəkiclə vurub maşını əlindən aldılar

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-a bildirilib ki, tərəflər qarşılıqlı şikayətlərlə ərazi üzrə polis orqanına müraciət ediblər.

Anar Rəşidovun xəsarəti ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub və hazırda məsələ ilə bağlı təhqiqat araşdırmaları davam etdirilir.

***

Göyçay rayon sakini Anar Valeh oğlu Rəşidov redaksiyamıza müraciət edərək ögey anası və dayısı oğlanları tərəfindən döyüldüyünü iddia edib. Bildirib ki, əvvəllər də dayısı uşaqları ilə arasında mübahisələr, davalar olub.

Musavat.com-a danışan şikayətçinin sözlərinə görə, bir müddət əvvəl uşaq ikən övladlığa götürüldüyünü öyrənib.

Bundan sonra televiziya verilişinə çıxıb, övladlığa götürülməsi və yaxınları ilə bağlı problemlər yaşamasından danışıb.

"Verilişdən evə qayıtdıqdan sonra ögey anamla mübahisə yarandı. O, əlindəki çəkiclə mənə zərbə vurdu. Mən aləti ondan aldıqdan sonra həyətə qaçıb qışqıraraq polis çağırdı. Daha sonra isə guya mənim ona zor tətbiq etdiyimi iddia etdi", - deyə Anar Rəşidov bildirib.

Bundan sonra polis araşdırma aparıb, hər iki tərəf ekspertizadan keçirilib:

"Mən tibbi müayinədən keçdim, amma ögey anam "müayinə" adı ilə rayonda yaşayan qardaşı oğlu gilə gedib gecələdi".

Anar Rəşidov iddia edir ki, ögey anası ilə mübahisədən sonra dayısı uşaqları ilə daha bir insident yaşanıb:

"Adıma olan "VAZ-2107" markalı avtomobili əvvəllər dayım oğluna vermişdim. Geri almaq üçün polisə müraciət etdim. Lakin orada mənə qarşı zor tətbiq olundu. Dayım oğulları Namiq və Rəcəb Əliyevlər maşının qarşısını kəsərək məni düşürüb döydülər. Namiqin qaynı Orxan isə qolumu tutaraq onların hərəkətlərinə şərait yaratdı".

Onun sözlərinə görə, aparılan ekspertiza döyülmə faktını təsdiqləyib:

"Ayağımda çat, üzümün hər iki almacıq sümüyündə isə zədə aşkar edilib".

Hazırda faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR