İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Ukraynaya siyasi dəstək mesajı verdi – Rusiya ilə neft ticarəti təzyiq altında

"Hindistanın baş naziri Narendra Modinin Ukrayna prezidenti Volodimir Zelenskiyə telefon zəngi Dehlinin xarici siyasətdə balansı qorumaq marağından irəli gəlir. Modi telefon danışığında Zelenskiyə deyib ki, Hindistan Ukrayna böhranının danışıqlar yolu ilə həllində Kiyevə dəstəyini davam etdirməyə hazırdır".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, bu zəng Dehlinin xarici siyasətdə balansı qorumaq cəhdlərinin açıq göstəricisidir:

"Modi iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib. Zelenski Narendra Modi ilə Rusiyaya qarşı sanksiyalar mövzusunu müzakirə edib. İki ölkənin lideri sentyabr ayında BMT Baş Assambelyasının illik zirvə toplantısında görüşəcəklərini bildiriblər.

Ukrayna ilə tərəfdaşlıq Hindistan üçün niyə vacibdir?

Birincisi, bu yolla Narendra Modi hökuməti çoxtərəfli xarici siyasət yürütdüyünü göstərir. Çünki Qərb ölkələrində Hindistanın Rusiya ilə ticarət əlaqələrindən narahatlıq var. Hindistan keçmiş illərdə Rusiyadan hərbi texnika alıb. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra neftini Avropa ölkələrinə sata bilmədi. Rusiya bu məqsədlə neftinin qiymətini ucuzlaşdıraraq Çinə və Hindisnata satmağa başladı. Ukrayna müharibəsində qədər Hindistan Rusiyadan neft almırdı. Hindistan nefti körfəz ölkələrindən alırdı. Ancaq Rusiyanın ucuz nefti Hindistanın neftayırma zavodları üçün faydalı oldu. Ancaq hazırda ABŞ Hindistana qarşı sanksiyalar tətbiq etmək istəyir.

Hindistan Rusiya neftindən tam imtina etməsə də, xarici siyasətdə Çindən fərqli siyasət yürütdüyünü göstərmək istəyib. Misal üçün, Hindistanın baş nazirindən fərqli olaraq Çin lideri Si Cinpin uzun müddətdir Ukrayna prezidentinə zəng edib iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi barədə fikir söyləməyib.

İkincisi, Modi Zelenksiyə zəng etməklə Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə etmək istəyib. Bununla Modi Vaşinqton və Brüsselə sübut etmək istəyib ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Dehlini də narahat edir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR