İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynada təlim mərkəzini VURDU - Ölən və yaralananlar var

Avqustun 12-nə keçən gecə Rusiya ordusu Ukrayna Quru Qoşunlarının təlim bölmələrindən birinin ərazisinə raket zərbəsi endirib.

Musavat.com xəbər verir ki, bu barədə Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.

“Raket təhlükəsi” siqnalı daxil olduqdan dərhal sonra şəxsi heyətə xəbərdarlıq edilib. Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, bir qrup hərbçi təchiz olunmuş sığınacaqlara keçərkən kaset sursatlarının təsir zonasına düşüblər”, - deyə mətbuat xidmətindən bildirilib.

İlkin məlumatlara görə, bir hərbçi həlak olub, daha 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daha 12 nəfər kəskin stress şikayətləri ilə həkimə müraciət edib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR