Onlayn ictimai-siyasi qəzet
Suriyanın keçid hökuməti Rusiyadan ölkənin cənub əyalətlərində hərbi polis patrullarını bərpa etməsini xahiş edib.
Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” nəşri Suriya Xarici İşlər Nazirliyinin Moskvada keçirilən danışıqlarında iştirak edən mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirlir ki, bu təşəbbüs 2024-cü ilin dekabrında “bufer zona” yaratmaq adı altında Suriyanın cənub rayonlarının bir hissəsini işğal edən İsrailin fəaliyyətlərini məhdudlaşdırmaq məqsədi daşıyır.
Dəməşqin mövqeyinə görə, Rusiyanın bölgədə mövcudluğu İsrailin hərbi əməliyyatlarının intensivliyini azaltmağa imkan verəcək. Qeyd olunur ki, Rusiya patrullarının şimal-şərqə, Qamışlı bölgəsinə qayıdışı artıq reallaşıb.
Bu, Suriya xarici işlər nazirinin səfərindən sonra baş verib.
Mənbə vurğulayır ki, “Rusiya İsrailin müdaxiləsinin qarşısını almaqla yanaşı, Dəməşq və Təl-Əviv arasında dialoqun bərpasına da imkan yarada bilər”.
Musavat.com
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ